Yolunuzu mütləq Ağquladan salın!backend

Yolunuzu mütləq Ağquladan salın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin yaşadığı Şaumyan qəsəbəsindən asfaltlı yollardan keçərək, təmirsiz, kələ-kötürlü yollarla azərbaycanlıların yaşadığı Ağqula kəndinə daxil oluruq”.

Bunu İnterpress.az-a açıqlamasında İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD), Gürcüstanın tanınmış ictimaiyyət nümayəndəsi Aygül İsayeva deyib.

“Yağış yağdığı üçün onsuz da bərbad olan yollarda hərəkət bir qədər də çətinləşir, maşınla heç cürə üzü yuxarıya doğru, Ağqula kənd ictimai məktəbinə getmək mümkün olmur. Piyada palçıqlı yollarda addımlayarkən bir anlıq hər gün eyni yolu gedən müəllim və şagirdləri düşünürsən. Məktəbin direktoru Tərlan xanım gülərüzlə qarşılayır, söhbət əsnasında Marneuli bələdiyyəsində yerləşən Ağqula kənd ictimai məktəbinin müstəqil Gürcüstanın tarixində, 30 ildə bir dəfə də olsun təmir edilmədiyi məlum olur.

Kəndə işıq, qaz çəkilsə də, məktəbdə nə işıq var, nə qaz, nə də ki su var. Direktorun sözlərinə görə, məktəb təmirsiz olsa da, kənd əhlinin demək olar ki, hamısı təhsillidir. Ailədə 5 nəfər varsa, beşindən beşi də təhsillidir. Ağqula kəndindən tanınmış alim, müəllim, professorlar, elmlər doktorları çıxıbdır. Giley-güzar daha çox bu kənddən çıxan ziyalıların kəndlə maraqlanmaması, çətin vaxtlarda el-obanı tamamilə unutmaları ilə bağlıdır.

Bir anlıq “inteqrasiya, inteqrasiya” deyə boğazdan yuxarı danışan təhsil nazirliyinin nümayəndələrini, dövlət xidmətçilərini xatırlayıram. 1 nəfər şagird üçün belə normal şərait mütləq yaradılmalıdır. Milliyətindən, dinindən asılı olmayaraq müstəqil Gürcüstanın bərabərhüquqlu vətəndaşları üçün təhsil eyni dərəcədə əlçatan olmalıdır. İnteqrasiya üçün hansı şəraiti yaradıbsız ki, nəticəsini də görəsiz?”, – o bildirib.