Yunanıstan G7 ölkələrinin Ukrayna üçün “təhlükəsizliyə zəmanət” bəyannaməsinə qoşulubbackend

Yunanıstan G7 ölkələrinin Ukrayna üçün “təhlükəsizliyə zəmanət” bəyannaməsinə qoşulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan gələcək “təhlükəsizlik zəmanətləri” üçün çərçivə sənədi olan Ukraynaya dəstək üçün G7 Vilnüs Bəyannaməsinə qoşulan 14-cü ölkə oldu.

İnterpress.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bununla bağlı bəyanat verib.

“Mən G7-nin Ukraynaya dəstək bəyannaməsinə qoşulduğu üçün Yunanıstana minnətdaram. Yunanıstan Ukraynanın “təhlükəsizlik zəmanətlərini” dəstəkləyən 14-cü ölkə oldu”, – Zelenski yazıb.

O, Yunanıstanın Baş nazirinə təşəkkür edib – “Ukraynanın Avro-Atlantik yolunda birgə işi davam etdiririk”.