Yunanıstanda meşə yanğınları 7 gündür davam edirbackend

Yunanıstanda meşə yanğınları 7 gündür davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda meşə yanğınları 7 gündür davam edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yanğınları nəzarət altına almaq mümkün olmadığından ehtiyat tədbiri olaraq evakuasiyalar davam edir. Yanğın törətməkdə şübhəli bilinərək saxlanılan 140 nəfərdən 73-ü barəsində cinayət işi başlanıb. Şimali Makedoniyadan Salonikiyə gedərkən ölümlə üz-üzə qalan və avtomobilləri yandırılan yük maşını sürücüləri yaşadıqlarını danışıb.

Beynəlxalq Kosmik Stansiya Yunanıstanı havadan izləyib. Ölkəni tüstü bürüdüyü görülüb.

Attikadakı meşə yanğınlarının tüstüsü paytaxt Afinaya qədər gedib çıxıb. Şəhərin simvollarından biri olan məşhur Akropol Qədim Şəhərin arxasında da alovlar görünüb.Yaşayış məntəqələrində təxliyələr davam edir.

Afinanın təxminən 50 kilometr şimalında Parnita dağında baş verən yanğınla əlaqədar yaşayış məntəqələrindən təxliyələr davam edir.

Aleksandrupolidə də alov nəzarət altına alınmağa çalışılır. Bolqarıstan, Çexiya, Albaniya və Rumıniyadan olan yanğınsöndürənlər işlərə dəstək verirlər.