Yunanıstanda yanğınlar 5-ci gündə də aramsız olaraq davam edirbackend

Yunanıstanda yanğınlar 5-ci gündə də aramsız olaraq davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda 5 gündür davam edən və yaşayış məntəqələrini təhdid edən yanğınlar güclü külək səbəbindən nəzarət altına alına bilməyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aleksandrupolidə yanğının 5-ci günündə də davam etdiyi üçün ölkənin qərb cinahında yanğın daha da güclənib.

Qərbi Trakyadakı Meriç və Rodop bölgələrini də təsir edən Dedeağaçdakı yanğın səbəbindən bu səhər Egnatia yolu bağlanıb.

Saloniki və Avropaya davam etmək istəyən avtomobillərə Bolqarıstan üzərindən davam etmələri tövsiyə edilib.

Fransa, Almaniya, İtaliya kimi Avropa ölkələrində yaşayan və yay tətilindən Türkiyədən qayıdan bir çox türk bu vəziyyətdən mənfi təsirlənənlər arasında idi.
Yanğınlar nəticəsində yaranan havanın çirklənməsi sağlamlığı təhlükə altına alır.

Milli Rəsədxana və Ətraf Mühit İnstitutunun direktoru Nikos Mihalopoulos Yunanıstan Dövlət Televiziyasına verdiyi açıqlamada, yanğınlar səbəbiylə havadakı asılı hissəciklərin miqdarının Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi həddi 20 mikroqramı keçdiyini bildirib.

Meriçdə baş verən yanğının səbəb olduğu hissəciklərin İon dənizindəki adalara çatdığını bildirən Mihalopulos, Afinanın qərbində və Pireydə şərtlərin olduqca sərt olduğuna diqqət çəkib.

Bu nisbətlərin sağlamlıq üçün son dərəcə təhlükəli olduğunu bildirən Mihalopoulos, xüsusilə yaşlıların və tənəffüs problemi olanların açıq havaya çıxmamasını tövsiyə edib.

Ölkə ərazisində saatda 70 kilometr sürətlə əsən güclü külək də yanğının söndürülməsini çətinləşdirir.

Yanğın nəticəsində 20 nəfər həlak olub.

Avqustun 21-də Meriç bölgəsində biri Viotia, digəri Kavacık (Lefkimi) bölgəsində baş verən yanğınlarda iki nəfər həyatını itirib.

Dünən Maritsa bölgəsindəki Dadiya meşəliyində Maritsa çayından Yunanıstana keçməyə çalışan qeyri-qanuni miqrantlara aid olduğu ehtimal edilən 2-si uşaq 18 nəfərin cəsədi tapılıb.

Beləliklə, Yunanıstanda baş verən yanğın nəticəsində iki gündə həyatını itirənlərin sayı 20-yə çatıb.