Zakir Həsənov: “Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”backend

Zakir Həsənov: “Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni silahlı bölmələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyalardan atəşə tutub. Nəticədə, itkilərimiz olub, mülki şəxslər yaralanıb”.

İnterpress.az xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov Təhlükəsizlik Şurasının iclasında deyib.

Z.Həsənovun sözlərinə görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində düşmənin ön xətti yarılıb.

“Nəticədə, yeddi kənd – Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatları keçirir”, – deyən Z.Həsənov onu da əlavə edib ki, düşmən böyük itkilər verərək geri çəkilib.

Müdafiə naziri qeyd edib ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir, ən müasir silahlar tətbiq olunur.

“Biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilib”.

İnterpress.az