Zaqatalada ağır qəza: Ölən və yaralananlar varbackend

Zaqatalada ağır qəza: Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

İNTERPRESS.az xəbər verir ki, hadisə gecə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistral  yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü, Zaqatala rayonunun Aşağı Tala kənd sakini Fətəliyev Rəhman Nəriman oğlu idarə etdiyi “Vaz-21011” markalı minik  avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, qarşı tərəfin yoluna çıxaraq  əks istiqamətdə hərəkətdə olan 1980-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini  Mamedov Eldeniz Məzahir oğlunun idarə etdiyi “Kamaz”  markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində  “Vaz-21011” markalı avtomobilin sərnişinləri  olan,  1995-ci il təvəllüdlü, Bakı şəhəri Novxanı qəsəbəsi sakini  Qurbanova Xatın Elxan qızı aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.

“Vaz-21011” markalı avtomobilin sürücüsü Rəhman Feteliyev və onun avtomobilində olan sərnişinlər 1998-ci il təvəllüdlü Əhmədov Əhməd Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayeva Sevinc Əsədullah qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı tərəfimdən araşdırma aparılır.//qafqazinfo//