Zelenski Niderlandın Baş naziri ilə hava hücumundan müdafiə sistemini müzakirə edibbackend

Zelenski Niderlandın Baş naziri ilə hava hücumundan müdafiə sistemini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı zamanı hava hücumundan müdafiə sisteminin gücləndirilməsi istiqamətində müzakirələr aparıb.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri teleqramda qeyd edib.

“Biz cəbhədə hadisələrin inkişafının mümkün ssenariləri və yaxın gələcəkdə birgə fəaliyyətimiz haqqında danışdıq”, – Zelenski bildirib.

Rutte isə Zelenski ilə söhbətindən sonra tviterdə yazıb ki, Rusiyanın bu müharibədə qalib gəlməsinə imkan verilməməlidir.

“Vaşinqtona səfərimə hazırlaşarkən Zelenski ilə danışdım. Dneprdə yaşayış binasına edilən dəhşətli hücum Rusiyanın bu müharibədə qalib gəlməsinə nə üçün imkan verilmədiyini göstərir. Beynəlxalq hərbi dəstəyin koordinasiyası qarşıdakı aylarda vacib olaraq qalır”, – Niderlandın Baş naziri vurğulayıb.