Zelenski Svırıdenko ilə bağlı Ali Radaya vəsatət TƏQDİM ETDİbackend

Zelenski Svırıdenko ilə bağlı Ali Radaya vəsatət TƏQDİM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski rəsmi olaraq Svırıdenkonu Ukraynanın baş naziri postuna təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə deputat Oleksandr Kaçura öz Teleqram kanalında məlumat verib.

Ukrayna prezidenti Zelenski Yuliya Svırıdenkonun baş nazir təyin edilməsi ilə bağlı Ali Radaya vəsatət təqdim edib.

Onun sözlərinə görə, parlamentin dövlət hakimiyyəti komitəsi iyulun 18-də təklifə baxacaq.

Yuliya Svırıdenko bundan əvvəl baş nazirin birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışıb.

Onun namizədliyi iyulun 14-də prezident tərəfindən təklif edilib, bundan sonra Ali Rada iyulun 17-də baş nazir Denis Şmıqalı istefaya göndərib.

Qanuna görə, bu qərar bütün hökumətin istefası deməkdir.

Xuraman Etibarlı

İnterpress.az