ABŞ Maliyyə Departamentinin rəhbəri Ukraynaya gələndə Zelenski yatmışdı və görüşə gəlməmişdi.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
ABŞ prezidenti vurğulayıb ki, Skott Bessent Kiyevə qatarla getməli olub, bu təhlükəli və uzun yoldur.
Bununla belə, hər şey əbəs olub: Maliyyə Nazirliyinin rəhbəri “sənədi imzalamaq üçün ora getdi, gəldi və heç nəsiz qayıtdı”, – Tramp iddia edib.
Xuraman Etibarlı
İnterpress.az