Zəngəzuru bu cür geri tələb etməliyikbackend

Zəngəzuru bu cür geri tələb etməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın bugünkü mövqeyi belədir ki, hərbi məğlubiyyətə baxmayaraq, ölkəmizə qarşı ərazi iddiasını de-fakto davam etdirir. Bu, İrəvanın Qarabağ mövzusuna yanaşmasında açıq-aydın görünür. Hətta ərazi bütövlüyümüzün tanınması mümkünlüyü ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edir ki, bu, “artsax”a münasibətə aid deyil. bu sözləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.

O bildirib ki, İrəvanın bu cür mövqeyi bizə “güzgüli siyasət” (qarşılıqlıq prinsipi – red.) tətbiq etməyə imkan verir:

“Məsələn, Zəngəzur və digər rayonların Ermənistana bolşeviklər tərəfindən qanunsuz verilməsi siyasətini həyata keçirə bilərik.

Praktikada bu siyasəti necə tətbiq edəcəyik:

– məsələyə Azərbaycan Milli Məclisi baxacaq;

– Ermənistan parlamentinə tarixi ədaləti bərpa etmək üçün müzakirə aparılması tələbi ilə müraciət qəbul ediləcək;

– Azərbaycan dövlətinin tərkibinə qaytarılması üçün bu ərazilərə xüsusi status təklif ediləcək ki, iki xalqın nümayəndələrinin sülhlə yaşaması təmin edilsin;

– o ərazilərdəki ölkəmizin tərkibində yaşamaq istəməyən şəxslərə kompensasiya ödənilməsinə təminat veriləcək”.

Politoloq qeyd edib ki, bu göstərilənlər tarixi ədalətin bərpası mövzusunun regionda münaqişədən sonrakı nizamlanmanın siyasi gündəliyinə daxil edilməsini təmin edəcək.