“Report” xəbər verir ki, Moskvanın \”Spartak\” arenasında keçirilən 1/8 final görüşünün əsas hissəsi 1:1 hesabı ilə başa çatıb.
Oyuna əlavə olunmuş dəqiqələrdə qapılara qol vurulmadığından, qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyən etmək lazım gəlib. Penaltilər seriyasında isə ingilislər 4:3 hesabı ilə qalib gələrək ¼ finala çıxıblar. Bu mərhələdə onların rəqibi İsveç millisi olacaq.
DÇ-2018 – final mərhələsi. 1/8 final
Kolumbiya – İngiltərə – 1:1, penaltilər seriyası – 3:4
Qollar: 0:1 – Keyn – 57 (pen), 1:1 – Mina – 90+3
İnterpress.az