İnterpress.az \”report\”-a istinadla xəbər verir ki, hadisə Tərtər çayının rayon ərazisindən keçən hissəsində baş verib.
Dost olan iki gənc Tərtər çayının sahilində yaradılan süni göldə çimirmişlər. Ölən şəxslərdən biri 16 yaşlı Hacıyev Təhmasib İldırım oğludur. Digər şəxsin kimliyi hələ dəqiqləşməyib.
Hər iki şəxsin meyiti sudan tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
İnterpress.az