İnterpress.az xəbər verir ki, fondun rəhbəri Ara Vardanyan həmin pulları qumara və mərc oyunlarına oynadığını etiraf edib.
O, fondun 25 milyon dramlıq (88 min AZN) kredit kartındakı pulları şəxsi istifadəsi üçün qumarxanalarda xərcləyib.
Daha sonra Vardanyan xərclənmiş pulları yığılan ianələr hesabına geri qaytarırmış.
Yalnız son həftə üçün kartdan 14 milyon dram (49400 AZN) xərclənilib.
2016-cı ildən 2018-ci ilə kimi isə ümumi 130 milyon dram (459 min AZN) pul xərclənilib.
Hazırda fondda sui-istifadə və oğurluq faktları ilə bağlı araşdırmalar aparılır. Həmçinin çəkilən xərclərin düzgün xərclənməsi də araşdırılır.
Vardanyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsənə iddiaları ilə iş aldırılıb.
Qeyd edək ki, “Hayastan” fondu bütün dünyada yaşayan ermənilərdən təhdid və digər qanuni və qeyri-qanuni yollarla pul yığımını həyata keçirir. (modern.az)
İnterpress.az