Acarıstan hökuməti tam tərkibdə istefaya getdibackend

Acarıstan hökuməti tam tərkibdə istefaya getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Zurab Pataradze bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, Acarıstan hökumətinin istefası ilə bağlı qərar hakim komandada müzakirə olunub və sonda yekun qərar qəbul edilib.

Z.Pataradze hökumətdən istefa versə də, hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasında qalacağını və bundan sonra da ölkənin inkişafı ilə bağlı fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Z. Pataradze 2016-cı ilin iyulundan muxtar respublikanın hökumət başçısı vəzifəsini tutub. (oxu.az)

İnterpress.az