Azərbaycanlılardan Türkiyədə şok cinayət: Uqandalı bacıları zorlayıb öldürdülərbackend

Azərbaycanlılardan Türkiyədə şok cinayət: Uqandalı bacıları zorlayıb öldürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 2016-cı ildə Azərbaycan vətəndaşları olan Kənan Rəfiyev və dostu Sunay Həsənov 340 lirə qarşılığında uqandalı bacılarla seksual əlaqəyə giriblər.

K.Rəfiyev ikinci dəfə seksual əlaqədən imtina edən bacılardan biri –Beatrisin boğazından sıxıb, daha sonra onu yumruqlayaraq zorla əlaqəyə girib. Qadının qışqırdığını görə K.Rəfiyev Beatrisə aid telefonu və 300 TL pulunu alıb.

Bacısının səsinə gələn Violeti isə Sunay Həsənov ventilyatorun kabeli ilə boğaraq öldürüb.

Sunay 31 yaşlı Violeti qətlə yetirməkdə, Kənan isə onun öldürülməsinə sövq etməkdə, həmçinin Beatrisə qarşı cinsi və fiziki hücumda ittiham edilərək ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şübhəli evdən qaçıb Azərbaycana yola düşmək üçün avtobusa minmək istəyərkən yaxalanıblar. (qafqazinfo)

İnterpress.az