Mingəçevirdə yenidən yanğın baş verdi – FHN AÇIQLAMA YAYDI – VİDEObackend

Mingəçevirdə yenidən yanğın baş verdi – FHN AÇIQLAMA YAYDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir şəhərindəki “Azərbaycan İES”də baş vermiş yanğınla bağlı məlumat yayıb.

İnterpress.az FHN-in saytına istinadən xəbər verir ki, iyulun 5-də saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***
12:47

Mingəçevirdə yerləşən “Azərbaycan İES”də yenidən başlayan yanğınla bağlı açıqlama yayan \”Azərenerji\”dən isə görüntülərin bu günə aid olmadığı bildirilir.

“Azərenerji”nin mətbuat xidmətindən \”Bizimyol\”a verilən məlumata görə yayılan videogörüntülər başqa zamanda çəkilən görüntüdür: “Hazırda Mingəçevir İES-də heç bir yanğın halı yoxdur. Bu məsələ ilə bağlı mən İES-lə əlaqə saxladım heç bir hadisə yoxdur. Görüntülər bir neçə günə aid görüntülər ola bilər”.

***
12:35

Mingəçevirdə yerləşən “Azərbaycan İES”də yenidən yanğın başlayıb.

Bu barədə İnterpress.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, yanğının nasaz olan açarların birində yenidən başladığı deyilir.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının tezliklə ram edilməsinə və yenidən ciddi problem baş verməməsi üçün yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar.

Ancaq alovların qarşısını almaq hələ ki mümkün olmayıb.

İnterpress.az