\”Countess of Chester Hospital\”da tibb bacısı işləyən L.Letdi 8 körpəni qətlə yetirməkdə, 6 südəmər uşağı isə boğaraq öldürməyə hazırlaşmaqda suçlu bilinib.
İnterpress.az Milli.Az-a istinadən bildirir ki, tibb bacısı \”Countess of Chester Hospital\”ın neonatal bölməsində yeni doğulmuş uşaqların müəmmalı ölümləri ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.
Müstəntiqlər 2015-ci ilin martından 2016-cı ilin iyul ayınadək hospitalda 17 uşaq ölümü faktını araşdırıblar.
Britaniyanın Kral Pediatriya və Uşaq Sağlamlığı Kolleci sözügedən hospitalda uşaq ölümləri ilə bağlı faktların çoxalmasının adekvat səbəblərini tapa bilmədiyini hesabatında vurğulayandan sonra istintaq başlanmışdı.
Polis L.Letbinin Çester şəhərindəki 180 min funt-sterlinq dəyərində evində, habelə tibb bacısının Hereford şəhərində yaşayan valideynlərinin evində axtarışlar aparıb.
Britaniya mediası Letbini \”cəllad tibb bacısı\” adlandırır.
İnterpress.az