Bakıda əcnəbi turistin pulunu oğurlayan qadın tutuldubackend

Bakıda əcnəbi turistin pulunu oğurlayan qadın tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-dən İnterpress.az-a bildirlib ki, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildəçantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

İnterpress.az