İyulun 5-də saat 4 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Əli Kərimlinin idarə etdiyi \”İsuzu” (yük) və Cəlilabad rayon sakini Rəşad Həsənovun idarə etdiyi \”VAZ-2106” markalı avtomobillər toqquşub.
DİN-dən İnterpress.az-a verilən məlumata görə, nəticədə R.Həsənov və sərnişinlərindən həmyerlisi Saməddin İsmayılov hadisə yerində ölüb, digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
İnterpress.az