İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Şərifin qızı Məryəm Nəvaz Şərif 7, kürəkəni Səfdar Avan isə 1 il həbs cəzası alıb. Lakin həbsin icrası hələlik yerinə yetirilməyib. Şərif ailəsi hazırda Londondadır. Sabiq baş nazirin həyat yoldaşı Kulsoom Nəvaz burada xərçəng xəstəliyindən müalicə alır.
Qeyd edək ki, Nəvaz Şərif korrupsiyada ittiham edilir və çıxarılan hökm Londonda yerləşən 4 dəbdəbəli evlə əlaqədardır. 2015-ci ildə üzə çıxan \”Panama papers\” sənədlərində bu ailə üzvləri ilə əlaqədar faktlar da yer almşdı.
Sabiq nazir məhkəmə qərarına etiraz edərək \”siyasiləşdirilmiş\” adlandırıb.
İnterpress.az