Bilgəhdə maşın aşdı – Ölən və xəsarət alanlar varbackend

Bilgəhdə maşın aşdı – Ölən və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-dən İnterpress.az-a verilən məlumata görə, iyulun 8-də saat 16 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Emil Ağayev \”Mercedes” markalı avtomobili idarə edərkən onu (təkərin cırılması nəticəsində) aşırıb. Nəticədə E.Ağayevin sərnişinlərindən Qazax rayon sakini Nicat Kazımov hadisə yerində ölüb, özü və digər sərnişini, Şəki rayon sakini Ruslan Şərifov xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Məlumata görə, qəzada ölən Nicat Kazımov Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, \”Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevin qohumudur.

İnterpress.az