İnterpress.az \”Report\”a istinadən bildirir ki, hadisə iyulun 9-u Bakı vaxtı ilə saat təqribən 20:00-da Qeroyev meydanında baş verib.
Polisin məlumatına görə, dava iki nəfərin arasında olub, sonradan daha iki nəfər onlara qoşulub. Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlardan birində kəsilmiş yara aşkar edilib. Davanın digər iki iştirakçısı isə polis bölməsinə aparılıb.
İnterpress.az