İnterpress.az xəbər veri ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etmişdi:
\”Bu səfərlər Türkiyə ilə Azərbaycan arasında çox mühüm ənənə halını alıb. Azərbaycanla Türkiyə hər zaman birlikdə olan iki dövlətdir. Hər zaman bir-birimizə dəstək olmağa davam edəcəyik\”.
Diplomat qeyd edib ki, hər iki qardaş ölkə bir-birinə dəstək olduğu müddətdə daha da irəliyə gedəcək.
E.Özoral əlavə edib ki, Türkiyə və Azərbaycan yalnız iqtisadi baxımdan deyil, digər sahələrdə də əməkdaşlıq edir və bundan sonra da etməyə hazırdır: \”Türkiyənin imkanları Azərbaycanın imkanlarıdır. Əlimizdə nə varsa, sizinlə paylaşmağa hazırıq\”. (modern.az)
İnterpress.az