İnterpress.az xəbər verir ki, aparıcı Avstriya Dövlət Universitetinə qəbul olub. U.Hacıyeva orada jurnalistika ixtisası təhsil alacaq. Əldə etdiyimiz məlumata görə, o, təhsilini bitirdikdən sonra yenidən Bakıya qayıdacaq.
Xatırladaq ki, 2013-cü ilin yayında aktrisa və aparıcı Umka (Umnisə) Hacıyeva Azərbaycanın bir çox xəbər kanallarında, eləcə də sosial şəbəkələrinin əsas qəhrəmanına çevrilmişdi. Buna səbəb aparıcının çimərlik geymində olan şəkilərinin bir sıra KİV-də yayılması olub. ANS telekanalının rəhbərliyi bu şəkillərin Azərbaycan mentalitetinə uyğun olmadığı üçün U.Hacıyevanı öz istəyilə işdən azad etmişdi.
Bu hadisədən sonra ekranlardan uzaq düşən aparıcı 2017-ci ildə “Sənətsevər plus”, “İdman hamı üçün” verilişləri ilə efirə qayıtmışdı. Lakin bir müddət sonra o, televiziya ilə yollarını yenidən ayırmaq qərarına gəlib. (publika.az)
İnterpress.az