İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz Avropadakı tərəfdaşlarımıza anlatdıq ki, inqilabdan sonra ölkə demokratik yolla inkişaf etmək istəyir. Ermənistan hakimiyyəti hansı yolla gedəcəyini bilir. Demokratiya xarici siyasət oriyentiri yox, dəyərlər sistemidir. Beynəlxalq tərəfdaşlarımızın yardımı ilə biz bunu daha tez reallaşdıra bilərik, amma İrəvan burada istəyən mövqeyində dayanmaq niyyətində deyil”, – deyə o bildirib.
Paşinyan həmçinin Avropanın Ermənistana münasibətinin tam aydın olmadığını deyib. O, Avropanın inqilabdan sonra verdiyi bəyanatlarını işi ilə möhkəmləndirmədiyini vurğulayıb.
Onun sözlərinə görə, Avropanın İrəvanla bağlı siyasəti dəyişməz olaraq qalıb.
İnterpress.az