NATO sammitinə sərxoş halda qatılan Aİ rəhbəri haqqında İLGİNC FAKT – VİDEObackend

NATO sammitinə sərxoş halda qatılan Aİ rəhbəri haqqında İLGİNC FAKT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mətbuatda 63 yaşlı Yunkerin sərxoş halda sammitə qatılması iddia edilib.

Lakin Yunkerin zirvənin açılış gecəsində şam yeməyinə əlil arabasında gətirilməsi onun sərxoş deyil, xəstə olduğu iddiasını gücləndirib.

Hollnadiyanın baş naziri Mark Rutt jurnalistlərə verdiyi açıqlamada hazırda Yunkerin səhhətində ciddi problemlərin olduğunu bilmədiyini, ancaq 63 yaşlı siyasətçinin keçmişdə uzun müddət bel problemi yaşadığını deyib.

Aİ Komissiyasının mətbuat katibi isə şəxsi sağlıq problemlərinə dair açıqlama verməyəcəklərini bildirib.

Lüksemburqun keçmiş baş naziri Yunkerin əvvəllər də bənzər görüntüləri qeydə alınıb. O, bədənin tarazlığını pozan səbəbin siyatik problem (sinir xəstəliyi) olduğunu bildirib. (publika.az)

İnterpress.az