Saxlanılan 1979-cu il təvəllüdlü S. Z. adlı qadının müvəqqəti olaraq Marneulidə yaşadığı və fahişəliklə məşğul olduğu müəyyən olunub.
Azərbaycan vətəndaşı sıx münasibət qurduğu türkiyəli biznesmendən şantaj yolu ilə 300 lari məbləğində pul tələb edib. O, iş adamını intim həyatı ilə bağlı videonu sosial şəbəkələrdə yayacağı ilə bağlı hədələyib.
Azərbaycan vətəndaşı tələb etdiyi məbləği iş adamından alarkən polis tərəfindən saxlanılıb. Onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (apa)
İnterpress.az