Türkiyədə uşaq bağçasında bayram tədbirləri üçün istifadə edilən priotexniki vasitələr partlayıb.
İnterpress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Kutahyadakı bağçada baş verib. Belə ki, Xanımçeşmə məhəlləsindəki \”Arslanbəy\” uşaq bağçasında bayram tədbirləri üçün istifadə edilən priotexniki vasitələr uşaqların əlində partlayıb.
Nəticədə 4 uşaq ağır yaralanıb. Hadisə nəticəsində Enes Nalsız , Ömer Faruk Dinç, Hakan Yücel ve Himmet Gülmez adlı 4 uşaq yaralanıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
E.Nalsızın sol əliyinin biləkdən amputasiya edildiyi bildirilir.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
İnterpress.az