Azərbaycan bu məsələdə Türkiyəyə öz köməyini təklif edə bilər. Belə ki,Türkiyənin F-35 təyyarələrini ala bilməsi və NATO üzrə müttəfiqləri ilə münasibətlərinin korlanmaması üçün həmin raket komplekslərini Türkiyə və Rusiyanın ayıracağı kreditlər hesabına Azərbaycan ala bilər.
İnterpress.az xəbər verir ki, bunu Oxu.Az-a millət vəkili Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, Türkiyənin Rusiyadan C-400 raketlərini almasına görə NATO ilə qardaş ölkənin arasında gərginlik yaşanır.
Bu problemi “Türkiyə necə çözə bilər” sualını cavablandırarkən qeyd edib ki, Türkiyə NATO üzvü olaraq qalmalıdır.
“Türkiyə NATO-dan çıxarılarsa, ona münasibət bu gün onu şirnikləndirən dövlətlər tərəfindən qısa müddətdən sonra dəyişəcək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.
İnterpress.az