İnterpress.az xəbər verir ki, Rusiya və ABŞ prezidentləri danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.
Mətbuat konfransının sonunda Putin Trampa Rusiyada keçirilən Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. O, ABŞ-ın 2026-cı ildə Dünya Çempionatını keçiriləcəyini xatırladıb.
Hədiyyəni qəbul edən Tramp Putinə təşəkkür edib və topu həyat yoldaşı Melani Trampa ataraq \”Melani, götür, oğlum bu topla oynayacaq\” deyib.
İnterpress.az