İnterpress.az Trend-ə istinadən xəbər verir ki, hadisə Hacıqabul Horadiz yolunun İmişli rayonunun Xəlifəli kəndi ərazisindən keçən hissəsində baş verib.
Rusiyanın Samara vilayətninin vətəndaşı, 1965-ci il təvəllüdlü Hacıyev Əfqan Barat oğlu idarə etdiyi \”Priora\” markalı T – 668 – K – 163 dövlət nömrə nişanlı avtomobillə Beyləqan rayonu istiqamətində hərəkətfə olarkən qarşısına çıxan camışı vurub.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, Beyləqan rayonunun Aşıqlı kənd sakini, 1962-ci il təvəllüdlü Hacıyeva Sevil Barat qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və İstintaq İdarəsində araşdırma aparılır.
İnterpress.az