Rusiyanın Tula vilayətində ekstremist fəaliyyətdə şübhəli bilinən 20-dən çox adam tutulub.
Məlumata əsasən, operativ axtarış tədbirləri Suvorov şəhərində bir neçə mənzildə aparılıb. Axtarışlar zamanı böyük həcmdə pullar, qadağan olunmuş ədəbiyyat müsadirə olunub. Əməliyyatlar zamanı 200-dən çox şəxs saxlanılıb, onların çoxu Rusiyanın digər regionlarının sakinləridir.
Hüquq-mühafizə orqanları ehtimal edir ki, saxlanılanların hamısı qanunsuz \”Partizan həqiqəti\” qruplaşmasının üzvləridir. (sputnik.az)
İnterpress.az