Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Niyam Salami Ramal İsrafilovun ünvanına deyib. Sənətçi bir vaxtlar yaxın dost olduğu Ramalı pomidora bənzədib.
R.İsrafilov isə “Xəzər maqazin”ə açıqlamasında Niyamın sözlərinə sərt reaksiya verib:
“Musiqiçiyəm, bəstəkaram. Peşəm mahnı yazmaqdır. Mənim musiqi menyumda ancaq musiqiçi ola bilər. Ona görə də xəngəl bişirənlərin adını çəkməyin. Mənim boynumda \”fartuk\” görmüsən? Aşpazam? Əziz aşpazlar, dadlı yeməklər bişirin, başınızı qazandan o tərəfə çıxarmayın. Nə deyir özüdür: pomidor da, badımcan da özüdür. Tərəvəz ancaq aşpaza lazımdır. Mənə səs, musiqi, ürək, hit lazımdır. Sənət qalıb kənarda, pomidordan danışıram”.
İnterpress.az