İnterpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Keşlə” də cavab matçına çıxıb.
Maltada keçirilən ilk oyunda “Baltsan”a böyük hesabla uduzan (1:4) paytaxt klubu öz meydanında bu məğlubiyyətin əvəzini çıxmağa çalışıb.
Bakılılar 2:1 hesabı ilə qalib gəlsələr də, bu, növbəti mərhələyə yüksəlmək üçün kifayət etməyib.
Beləliklə də Azərbaycan Avropa Liqasında ilk təmsilçisini itirib.
İnterpress.az