İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Noxudlu kəndi ərazisindən keçən yeni Ələt-Astara yolunda qeydə alınıb.
\”Niva” markalı avtomobillə \”KİA” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlar Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Səlimov Aləddin Camaləddin oğlu, Bakı sakini Məmmədov Vüqar Kamil oğlu, Neftçala sakini, 1976-cı il təvəllüdlü Babayev İltimas Qorxmaz oğlu, Bakı sakini, 1977-ci il təvəllüdlü Quliyev Səbuhi Ceyhun oğlu və Şirvan şəhər sakini Hüseynov Səbuhi Arif oğludur.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az