İnterpress.az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçinin qardaşı və meneceri Sərxan İbrahimoğlu bildirib.
\”Ağ-qaralar\”ın kapitanı Macarıstanın paytaxtı Budapeştdə \”Uypeşt\”ə 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağından zədələnib. O, meydanı xərəkdə tərk etməli olub və yerini Tural Axundova verib.
Qeyd edək ki, ilk oyunu 3:1 hesablı qələbə ilə başa vurmasına baxmayaraq, səfərdəki böyük hesablı məğlubiyyət üzündən \”ağ-qaralar\” Avroliqa ilə vidalaşıb.(report)
İnterpress.az