İnterpress.az-ın APA-ya istinadən xəbərinə görə, “VAZ 21011” markalı avtomobilin maneəyə çırpılması nəticəsində sərnişin, 1987-ci il təvəllüdlü Ədilova Gülşən və iki azyaşlı övladı orta-ağır xəsarətlər alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsi araşdırma aparır.
İnterpress.az