Ziynet Sali Muradın “Oppalara”sını oxuyacaqbackend

Ziynet Sali Muradın “Oppalara”sını oxuyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli ifaçı həmyerlimizin son günlər dillər əzbəri olan “Oppalara” mahnısını səsləndirəcək.

Bu haqda Murad özü xəbər verib. O bildirib ki, yaxın günlərdə Sali ilə ikinci işbirliklərini reallaşdıracaqlar:
“Artıq açıqlama verə bilərik. Türkiyə ulduzlarından sevgili Ziynet Sali ilə ikinci əməkdaşlığımız baş tutdu. Xatırlayırsızsa, o, əvvəlki albomunda mənim “İstanbul” mahnımı oxumuşdu. İndi isə “Oppalara”nın vaxtıdır. Musiqi mənə, sözləri isə mən və Sinan Akçıla aiddir”. (axşam.az)

İnterpress.az