DİN-dən İnterpress.az-a verilən məlumata görə, iyulun 23-də saat 11 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində kənd sakini Maarif Heydərovun idarə etdiyi “VAZ-2107” və Laçın rayon sakini Böyükkişi Şirinovun idarə etdiyi “Mercedes” markalı (mikroavtobus) avtomobillər toqquşub.
Nəticədə M.Heydərov hadisə yerində ölüb.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.
İnterpress.az