DİN-dən İnterpress.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 16-da rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Murad Rəhimli, Vüqar Əliyev və əvvəllər məhkum olunmuş Qoşqar Ağarzayev saxlanılıblar.
İnterpress.az