Türkiyəli iş adamı azərbaycanlı sevgilisini öldürdübackend

Türkiyəli iş adamı azərbaycanlı sevgilisini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə iş adamı azərbaycanlı sevgilisini öldürüb.

İnterpress.az xəbər verir ki, Konyada 50 yaşlı azərbaycanlı Sahibə Yüksəlir 4 il bir yerdə yaşadığı 46 yaşlı sevgilisi Rahim A. Tərəfindən 8 güllə ilə öldürüb.

Polis hadisə yerindən qaçan Rahim. A.-nın axtarışına başlayıb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Konya Qaratay ilçəsində baş verib. 3 uşaq anası və boşanmış Sahibə Yüksəlir dünən Rahim. A.-nın iş yerinə gələrək, arvadından boşanıb, onunla evlənəcəyi vədinə əməl etməsini tələb edib. Cütlük buna görə mübahisə edib. Mübahisə zamanı hadisə yerinə polis gəlsə də, cütlük bir-birindən şikayətçi olmayıb və barışıb.

Bu gün səhər saatlarında isə avtomobili ilə iş yerinə gələn Rahim A. Sahibə Yüksəlirə 8 dəfə atəş açaraq qətlə yetirib, sonra hadisə yerindən qaçıb. Sahibə Yüksəlir hadisə şahidləri tərəfindən xəstəxanaya çatdırılsa da, yolda keçinib. (sputnik.az)

İnterpress.az