Bakıda minik avtomobili sərnişin avtobusuna qəza şəraiti yaratdıbackend

Bakıda minik avtomobili sərnişin avtobusuna qəza şəraiti yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BakuBus” MMC-yə məxsus daha bir avtobusun yolunda təhlükəli vəziyyət qeydə alınıb.

İnterpress.az-a MMC-dən verilən məlumata görə, 1 nömrəli marşrut xətti üzrə “28 May” metrostansiyasının qarşısından “Neftçilər” metrostansiyası istiqamətində hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna qəflətən minik avtomobili çıxıb. \”Yol-hərəkət qaydalarını kobud şəkildə pozan minik avtomobilinin sürücüsü avtobus üçün qəza şəraiti yaradıb. Bu zaman avtobusun sürücüsü baş verə biləcək qəzanın qarşısını almaq üçünəyləcdən istifadə edib. Nəticədə avtobusun sərnişini Nataliya Vladimirovna yıxılıb\”,- məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

N.Vladimirovna “BakuBus” MMC-yə etdiyi müraciəti nəzərə alınaraq, avtobusda yıxılmasının səbəbləri barədə məlumatlandırılıb.

“BakuBus” MMC bir daha bütün sürücüləri yol-hərəkət qaydalarını pozmamağa, idarə etdikləri nəqliyyat vasitələri ilə avtobusların hərəkətinə mane olmamağa və qəza şəraiti yaratmamağa çağırır.

İnterpress.az