Sabiq icra başçısı məhkəmə qarşısına çıxarıldıbackend

Sabiq icra başçısı məhkəmə qarşısına çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonunun sabiq icra başçısı Münsif Səfərov və onunla birgə ittiham olunan Rüstəm Bayramovun barələrindək cinayət işi üzrə məhkəmə prosesi davam edib.

İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə sabiq başçısı çıxış edib. O, zərərçəkmişə dəymiş ziyanın ödənilməsi üçün məhkəmədən bir qədər vaxt istəyib. Məhkəmə ona dəymiş ziyanın ödənilməsi üçün sonuncu dəfə vaxt verib.

Məhkəmə prosesi qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilən qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, məhkəmə zalında həbs edilməsini istəyib. Həmçinin o, R.Bayramovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər. Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib. M. Səfərov 1992-ci ildə Ağcabədi Rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

İnterpress.az