İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin \”Mi-17\” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.
Axtarışlar sabah səhər saatlarından etibarən davam etdiriləcək. Əlavə məlumat veriləcək.
İnterpress.az