Bu gün qitənin ən mötəbər klub turnirində “Qarabağ” da meydana çıxıb.
Ağdam klubu Albaniyada “Kukesi”nin qonağı olub. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz qolsuz bərabərə qalıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 1-i Bakıda keçiriləcək.
Əlavə edək ki, Qurban Qurbanovun komandası bu mərhələni də uğurla adlasa, növbəti turda BATE – HİK cütünün qalibi ilə qarşılaşacaq.
25 iyul
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
21:00. “Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan) – 0:0
Baş hakim: Ola Hobber Nilsen (Norveç)
Şkoder. “Loro Boriçi” stadionu
İnterpress.az