“Aum Sinrike” dini cərəyanın banisi tərəfdarları ilə birlikdə edam edilib.
İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada “Aum Sinrike” adlı dini sektanın həbsdə olan üzvləri edam cəzasına məhkum olunub.
Belə ki, cərəyana rəhbərlik edən Seka Asakara başda olmaqlar onunla birlikdə həbs olunan digər 6 nəfərlə bilrikdə dar ağacından asılıb.
Qeyd edək ki, ekstremist dini cərəyanın üzvləri terror aktları törətməkdə ittiham olunaraq həbs olunub.
Xatırladaq ki, “Aum Sinrike” dini cərəyanının üzvləri 1995-ci ildə Tokio metrosuna qaz hücumunda, 1994-cü ildə Matsumoto şəhərində hərbi zəhərli maddədən istifadə etməkdə və 1989-cu ildə 3 nəfərdən ibarət ailənin öldürülməsi faktları üzrə məsuliyyətə olunublar.
İnterpress.az