Türkiyədə 3 min dollar ödəyən çağırışçı 21 gün əsgər olacaqbackend

Türkiyədə 3 min dollar ödəyən çağırışçı 21 gün əsgər olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə hərbi sahədə yeniliklərə imza atılır. Bundan sonra 3 min dollar ödəyən çağırışçı əsgərliyini 3 həftəyə bitirəcək.

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə hərbi xidmət keçməyə məcbur edilən vətəndaşlar ödənişli əsaslarla xidmətlərini tez başa vura biləcəklər.

Bununla bağlı, Türkiyə Böyük Millət Məclisi (TBMM) artıq qanun layihəsini qəbul edib. Belə ki, ödənişli hərbi xidmətlə bağlı Türkiyə parlamentinin qəbul etdiyi qanuna əsasən, çağırışçılar 15 min Türkiyə lirəsi ödəməklə məcburi hərbi qulluq müddətini 21 günə endirə biləcəklər.

Qeyd edək ki, ödənişli hərbi xidmətdən yalnız 1 yanvar 1994-cü ildən sonra doğulan çağırışçılar istifadə edə biləcəklər.

Xatırladaq ki, Türkiyədə vətəndaşlar 15 ay həqiqi hərbi xidmət keçir və 40 yaşınadək ehtiyatda olurlar.

İnterpress.az