Ağdaşda ağzından güllələnən gəncin müəmmalı ölümü — “Evin tək oğlu idi”backend

Ağdaşda ağzından güllələnən gəncin müəmmalı ölümü — “Evin tək oğlu idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Yenicag-a istinadən xəbər verir ki,açıqlama verən Güvəkənd bələdiyyəsinin icra nümayəndəsi hadisədən danışıb:
\”Əvəz göldə işləyirdi, evin tək oğlu idi. O, hadisəni iş yoldaşının ov tüfəngi ilə törədib. Həmin adam dəfn mərasiminə də gəlmişdi. Səhər tezdən uşaq işə gedib, heç bilinmir nə vaxt özünü vurub. Onu gölün qırağında keçinmiş vəziyyətdə tapıblar. Özünü öldürüb, ya kim öldürüb, heç kim heç nə bilmir. Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Yas yerində oldum. Oğlanın atası hadisədən şok keçirib. Bu gün eşitdik, dedilər, göl sahibini həbs ediblər”.

Qeyd edək ki, Əvəz Babayev ağzından güllə yarası alaraq dünyasını dəyişib.

İnterpress.az