İnterpress.az xəbər verir ki, ittiham edilənlərə ümumilikdə 70 il həbs cəzası istənilib.
Müttəhimlər kürsüsündə 7 nəfər əyləşib.
Onlardan 6-sı İnquşetiya DİN əməkdaşlarıdır: keçmiş idarə rəisi Timur Xamxoyev (13 il), onun müavini Sergey Xandoqin (6 il), Sunjenski rayonu DİŞ-in rəisi Maqomed Bekov (6 il), əməliyyatçılar Andrey Beznosyuk, İsa Aspiyev və Əlixan Bekov (müvafiq olaraq 10, 10 və 16). FTX əməkdaşı Mustafa Soroyevə 9 il həbs tələb olunub.
Adı çəkilən şəxslər 2016-cı il dekabrın 7-də həbs ediliblər. İstintaqın versiyasına görə, onlar Azərbaycan vətəndaşını döyərək “Audi A6” avtomobilini və mobil telefonunu alıblar, sonra isə mülkiyyətin qaytarılması üçün 800 min rubl tələb ediblər. (oxu.az)
İnterpress.az