Nazirlik 132 nəfəri işə götürdübackend

Nazirlik 132 nəfəri işə götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergilər Nazirliyinin 1 dekabr 2017-ci il tarixli əmrinə əsasən, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin nəticələri təsdiq olunub.

Bu barədə İnterpress.az-a Nazirliyin media və kommunikasiya mərkəzindən məlumat verilib.

Məlumata görə, müsabiqənin ümumi yekunları üzrə 132 nəfər namizəd uğur qazanıb. Hər bir namizədin müsabiqənin yekunları üzrə qiymətləri 2 iş günü ərzində onun şəxsi elektron ünvanına göndəriləcək.

Ətraflı məlumat əldə etmək üçün namizədlər 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.

İnterpress.az